İsraildə ehtiyatda olan hərbçilər orduya çağırıldı

İsraildə ehtiyatda olan hərbçilər orduya çağırıldı

İsrailin müdafiə naziri Benni Qantz cümə günü “əməliyyat məqsədləri üçün” ehtiyatdan 25 minə qədər hərbçinin çağırılması barədə əmr imzalayıb.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Həmçinin, bildirlib ki, Baş Qərargah rəisi Koxavi İsrail Müdafiə Qüvvələrinə fövqəladə vəziyyə rejiminə keçməyi və əsas komanda məntəqəsini açmağı əmr edib.

Qeyd edək ki, cümə günü səhər saatlarında İsrail ordusu Qəzza zolağında Fələstinin “İslami Cihad” terror qruplaşmasının hədəflərinə qarşı “Sübh” əməliyyatına başladığını elan edib.   /Cebhe.info/


MANŞET XƏBƏRLƏRİ