UEFA Putinə görə "Fənərbağça"nı cəzalandırdı


"Fənərbağça" azarkeşlərindən biri Kiyev "Dinamo"su ilə matçda (1:2) buraxılan qoldan sonra Rusiya Prezidenti Vladimir Putinin lehinə şüarlar səsləndirib.

Turkustan.az xəbər verir ki, hadisə ilə bağlı araşdırma başladan UEFA "Fənərbağça" klubunu cəzalandırıb.

UEFA-dan verilən açıqlamada Kiyev "Dinamo"sunun matçında baş verən hadisələrə görə, "Fənərbağça"nın 1 matçının qismən tamaşaçısız olması (minimum 5000 yer) və 50 min avro cərimə olunduğu bildirilib. /modern.az/


MANŞET XƏBƏRLƏRİ