Kəlbəcərdə hərbçimiz minaya düşərək həlak oldu


Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində avqustun 5-də Azərbaycan Ordusunun hərbi qulluqçusu Babək Əsgər oğlu Əliyev həlak olub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

"Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir! Allah rəhmət eləsin!" - məlumatda qeyd edilib.


MANŞET XƏBƏRLƏRİ