Ərdoğan və Putin BU MƏSƏLƏLƏRİ müzakirə edir

Ərdoğan və Putin BU MƏSƏLƏLƏRİ müzakirə edir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşündə onunla Suriya ətrafındakı vəziyyəti müzakirə etməyi planlaşdırdığını bildirib.

Turkustan.az xəbər verir ki, Ərdoğan həmçinin Putinlə ölkənin ilk atom elektrik stansiyası olan “Akkuyu”nun tikintisi layihəsini müzakirə etmək niyyətindədir.

“Akkuyu” AES-lə bağlı məsələ çox önəmlidir. Elə iş aparmaq lazımdır ki, onlar qrafikə uyğun olsun. Ümid edirəm ki, bu məsələ ilə bağlı danışıqlar faydalı olacaq”, - Ərdoğan bildirib.

Eyni zamanda Rusiya Prezidenti Vladimir Putin Suriyadakı vəziyyəti müzakirə etməyi təklif edib. O, Moskva və Ankaranın bu ölkədə vəziyyətin sabitləşməsi üçün çox iş gördüyünə diqqət çəkib.

Ərdoğan Suriya nizamlanmasının müzakirəsinin bölgəyə “müəyyən rahatlıq” gətirəcəyinə ümid etdiyini bildirib: “Biz xüsusilə Suriyadakı vəziyyəti müzakirə etməyi planlaşdırırıq. Ümid edirəm ki, bu, bölgəyə bir qədər rahatlıq gətirməyə imkan verəcək”, - Türkiyə Prezidenti deyib.

“Əlbəttə ki, biz uzun müddətdir məşğul olduğumuz problemlərdən də danışacağıq. Mən bölgədəki təhlükəsizlik məsələlərini, ilk növbədə Suriya böhranını nəzərdə tuturam. Burada Türkiyə və Rusiya münasibətlərin normallaşmasına çox böyük töhfə veriblər. Və biz təbii ki, bu mövzuya da toxunuruq”, - Rusiya lideri bildirib.

“Rusiya, Türkiyə və İran Suriya münaqişəsinin sülh yolu ilə həllinin təminatçısı kimi çıxış edirlər. Onlar həmçinin Suriyada “Astana prosesi” adlanan siyasi nizamlama formatının təşəbbüskarı olublar (danışıqlar 2017-ci ilin yanvarında Qazaxıstanın paytaxtında başlayıb)”, - Türkiyə prezidenti Rəcəb Tayyib rusiyalı həmkarı Vladimir Putinlə görüşündə ikitərəfli münasibətlərdə yeni səhifə açmaq planları barədə açıqlamasında bildirib.

“Bugünkü danışıqlarımız Türkiyə və Rusiyanın bölgədə oynadığı rolu nəzərə alaraq vacibdir. Ümid edirəm ki, onlar ikitərəfli münasibətlərdə yeni səhifə açır. Biz iki ölkə arasında bütün sahələrdə əlaqələri müzakirə etməyi və necə irəliləyəcəyimiz haqqında suala son qoymağı planlaşdırırıq”, - Ərdoğan bildirib. (publika.az)


MANŞET XƏBƏRLƏRİ