Zakir Həsənovla Papikyan arasında rabitə kəsildi


"Azərbaycan və Ermənistan müdafiə nazirləri Zakir Həsənovla Suren Papikyan arasında hazırda operativ əlaqə yoxdur".

Turkustan.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirinin mətbuat katibi Aram Torosyan bildirib.

"Artıq bir neçə aydır ki, iki ölkənin müdafiə qurumlarının rəhbərləri arasında operativ əlaqə yoxdur" , - o əlavə edib.

Müdafiə Nazirliyinin nümayəndəsi bunun nə vaxtdan davam etdiyini və səbəblərini açıqlamayıb. /Qafqazinfo/


MANŞET XƏBƏRLƏRİ