Qərbdən Rusiya qarşısında geri addım


"Böyük İyirmilik" ölkələrinin demək olar ki, yarısı ABŞ-ın Rusiyanı beynəlxalq ictimaiyyətdən təcrid etmək istəyini dəstəkləmir.

Turkustan.azxəbər verir ki, bu barədə "Bloomberg" yazıb.

Nəşr qeyd edib ki, G20-nin ən zəngin ölkələrinin liderləri qrupa daxil olan digər dövlətlərin Rusiyaya qarşı sanksiyalar tətbiq etmək istəməməsi ilə üzləşirlər.

Bildirilir ki, bunun səbəbi Moskva ilə tarixi əlaqələr, öz iqtisadiyyatları üçün qorxu, eləcə də keçmiş müstəmləkəçi dövlətlərə inamsızlıqdır.

Qeyd olunur ki, G7 ölkələri tərəfindən Rusiya neftinə maksimum qiymət sərhədinin müəyyən edilməsi kimi qlobal anti-Rusiya sanksiyalarının tətbiqinə G20 arasında Rusiya ilə bağlı birliyin olmaması mane ola bilər. /Cebhe.info/


MANŞET XƏBƏRLƏRİ