Ərdoğan-Putin görüşü dünyada manşet oldu: Türkiyədən kömək istəyir - FOTOLAR


Türkiyə və Rusiya liderlərinin Soçi görüşü 17 gün əvvəl Tehranda baş tutan görüşdən sonra keçirilir. Washington Post yazıb ki, Ankara Moskvanın ümidinə çevrilib. "The Moscow Times" "Ərdoğan Putinin nəbzini sınayır" dediyi halda, "Kommersant" "Türkiyə və Rusiya bir-birini izləyir" başlığını işlədib.

Turkustan.azxəbər verir ki, İyulun 19-da İranın paytaxtı Tehranda bir araya gələn Türkiyə və Rusiya liderləri bu gün Qara dəniz sahilində yerləşən Soçi kurortunda görüşür. Prezident Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putinin görüşündən əvvəl açıqlama verən Kreml Türkiyənin Suriyada qanuni təhlükəsizlik narahatlıqlarının olduğunu qeyd edib.

Rusiyadan CNN Türk yayımına qatılan jurnalist Siamend Kaçmaz Soçi görüşündə Suriyanın dərindən müzakirə ediləcəyini bildirib. "Soçi Suriyanın taleyinin təyin olunduğu şəhər kimi tarixə düşəcək" deyən Kaçmaz əlavə edib: "Çünki əvvəlki görüşlərdə burada qəbul edilən qərarların həqiqətən də meydanda çox dəyişdiyini gördük".

Prezident Ərdoğan və rusiyalı həmkarı Putin ötən il sentyabrın sonunda Soçidə yenidən görüşüb. Jurnalist Kaçmaz da xatırladır ki, liderlərin Soçidəki görüşləri bu günə qədər heç vaxt qısa olmayıb.

Rusiya lideri Putin Soçiyə getməzdən əvvəl Moskvada Təhlükəsizlik Şurasını toplayıb. Kreml yüksək rütbəli hərbçilərin iştirak etdiyi şura iclasında Türkiyə-Rusiya təyinatının qiymətləndirildiyini bildirir.

Erdoğan və Putin beynəlxalq diplomatiyada bir-biri ilə ən çox danışan liderlər sırasındadır. Moskvadan verilən açıqlamalarda iki liderin bu görüşü iyulun 19-da Tehranda keçirməyə qərar verdiyi bildirilib.

Erdoğan-Putin buluşması dünyada manşet Türkiyenin yardımını istiyor

Erdoğan-Putin buluşması dünyada manşet Türkiyenin yardımını istiyor

Hazırladı: Eltac Zülfüqaroğlu/Turkustan.az

Mənbə: milliyet.com.tr


MANŞET XƏBƏRLƏRİ