Welt: Türkiyə SİHA-ları Qərbə soyuq duş effekti verdi - FOTO


Almaniyanın "Welt" qəzetində dərc olunan xəbərdə Türkiyənin İHA istehsalında dünyanın ən təsirli güclərindən birinə çevrildiyi qeyd edilib.

Türkiyənin yerli və milli resurslarla istehsal etdiyi S/İHA-lar dünyada adından söz etdirməyə başlayıb.

Turkustan.az xəbər verir ki, Baykarın istehsalı olan Bayraktar TB2-lər Suriya və İraqda terror təşkilatı PKK/YPG ilə mübarizədə, Azərbaycanın Qarabağda qələbə çalmasında, Ukraynanın Rusiyaya qarşı mübarizəsində böyük rol oynayıb və oynamaqda davam edir.

Dünyanın bir çox aparıcı media qurumlarının diqqətini çəkən bu nailiyyətlər Almaniyanın "Welt" qəzetində də yazılıb.

Welt qəzetində dərc olunan "Türkiyənin pilotsuz təyyarə gücündə inanılmaz yüksəlişi" başlıqlı xəbərdə "Türkiyənin dünyanın ən aktiv İHA güclərindən biri olması Qərbdə soyuq duş effekti yaradıb. Çünki heç kim Türkiyəni yüksək səviyyəli bir ölkə hesab etmir. Hərbi texnologiya istehsalçısı."Türkiyənin pilotsuz təyyarəsi Bayraktar TB2 sənayeni dəyişdi. O, Ukrayna müharibəsində Ukrayna ordusunun təsirli silahına çevrildi".

Hazırladı: Eltac Zülfüqaroğlu/Turkustan.az

Mənbə: Haber7.com


MANŞET XƏBƏRLƏRİ