İmran Xan hökuməti bir anda səfərbər etdi


Pakistanın sabiq baş naziri İmran Xan Pakistanda Seçki Komissiyasının qərarını qarşı xalqı etiraz aksiyasına çağırıb.

Turkustan.az xəbər verir ki, onun bu açıqlamasının ardından paytaxt İslamabadda təhlükəsizlik tədbirləri gücləndirilib. Ölkə mətbuatında yer alan xəbərə görə, parlament binası, nazirliklər, diplomatik nümayəndəliklər və Seçki Komissiyasının yerləşdiyi qırmızı zonanın giriş-çıxışlarında konteynerlərlə tədbirlər görülüb. Qırmızı zonaya giriş-çıxışa sadəcə bir yerdən icazə verilir, mülki şəxslərin isə zonaya girişi qadağan edilib. Hətta qırmızı zonanın ətrafına 2000 nəfərlik təhlükəsizlik qüvvələrinin yerləşdirildiyi bildirilib. İmran Xan isə "Twitter" hesabından paylaşım edərək aksiyanın İslamabadın fərqli bir yerində keçiriləcəyini açıqlayıb. Xatırladaq ki, Pakistan Seçki Komissiyası avqustun 2-də sabiq baş nazir Xanın rəhbərlik etdiyi Pakistan Ədalət Hərəkatı Partiyasının (PTI) konstitusiya və seçki qaydalarını pozaraq xarici mənbələrdən qadağan olunmuş maliyyə vəsaiti alması barədə qərar çıxarıb.

Seçki Komissiyası bəyan edib ki, PTI ABŞ, Böyük Britaniya, Avstraliya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və digər ölkələrdən 34 fiziki şəxs və 351 şirkətdən qadağan olunmuş vəsait alıb. Xan isə Seçki Komissiyasının "PTI-yə qarşı qərəzli olduğunu və koalisiya hökumətində tərəfdaş kimi işlədiyini" deyərək etiraz aksiyası keçirməyə qərar verib. /Cebhe.info/


MANŞET XƏBƏRLƏRİ