NATO-dan Rusiyaya xəbərdarlıq


NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın Ukraynaya hücumları ilə bağlı verdiyi açıqlamada, "Rusiya bu müharibədə qalib gəlsə, Putin şiddətin işlədiyini təsdiqləmiş olacaq. O zaman növbə Rusiyanın digər qonşularına da gələ bilər" dedi.

Türküstan.azxəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Rusiya Ukraynaya qarşı qalib gəlsə, digər qonşu ölkələrə də hücum edə bilər.

Stoltenberq İşçi Partiyasının Norveçdə Utoya adasında təşkil etdiyi yay düşərgəsində iştirak edərək çıxış edib.

Çıxışında Rusiyanın Ukraynaya hücumuna toxunan Stoltenberq NATO-nun Ukraynaya dəstəyinin mənəvi məsuliyyət olduğunu bildirib.

Stoltenberq, "Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı istəklərində uğur qazanmaması bizim maraqlarımızdadır. Putinin istədiyini hərbi güclə əldə edə biləcəyini gördüyü dünya bizim üçün daha təhlükəli bir dünya olacaq. Rusiya qalib gəlsə Bu müharibədə Putin şiddətin işlədiyini təsdiq edəcək. O zaman növbə Rusiyanın digər qonşularına gələ bilər." dedi.

Rusiyanın irəliləyişinin dayandığını və Ukraynanın bəzi bölgələri geri aldığını bildirən Stoltenberq NATO-nun sülhü qorumaq üçün şərqdəki varlığını artırdığını da xatırladıb.

Rusiyanın hücumundan sonra NATO-nun daha böyük birlik içində hərəkət etdiyini və Finlandiya və İsveç kimi yeni üzvlər cəlb etməyə hazırlaşdığını xatırladan Stoltenberq deyib:

"ABŞ Senatı üzvlük protokollarını təsdiqləyib. Bununla da Finlandiya və İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etmiş müttəfiqlərin sayı 23-ə çatıb. Onların bir çoxu öz milli proseslərini başa vurmağa yaxındır. Bu, indiyədək NATO-ya daxil olan ən sürətli üzvlük prosesi olub"

Hazırladı: Eltac Zülfüqaroğlu/Turkustan.az

Mənbə: habertürk.com


MANŞET XƏBƏRLƏRİ