Rusiya və dünya bunu etməlidir: Yeganə yol Türkiyədən keçir


Embarqodan sonra Rusiya tərəfindən paralel idxalın açılması Türkiyəni bu ölkənin tranzit mərkəzinə çevirdi. Başda AB və Uzaq Şərq olmaqla dünyanın bir çox yerindən Rusiyaya gedəcək mallar əvvəlcə Türkiyəyə gətirilir, konteyner dəyişdirilərək Rusiyaya göndərilir. "Türkiyədəki anbarlar Rusiya tranzit malları ilə dolub-daşır",

Turkustan.azxəbər verir ki, Rusiyanın Ukraynaya müdaxiləsi ilə müharibə səbəbiylə ABŞ və Aİ-nin embarqoları ilə üzləşən hökumətin mart ayından etibarən Rusiyaya paralel idxal icazəsi Türkiyəni bu ölkə üçün "tranzit mərkəzinə" çevirib. Dünyanın müxtəlif ölkələrindən gələn yüklər embarqo yoxlamasından sonra Türkiyənin müxtəlif limanlarına boşaldılır və mallar milliləşdirilmədən reexport prosesi ilə Rusiyaya gedəcək gəmilərə ötürülüb.

Bənzər bir üsul, bağlanmış ərazilərdə avtomobil nəqliyyatı üçün istifadə olunur. Mövzu ilə bağlı məlumat verən logistika mənbələri qeyd olunan paralel idxalı reallaşdırmaq üçün bəzi rus şirkətlərinin Türkiyədə nümayəndəlik açaraq şirkət ortaqlığına getdiyini bildirir. Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Reshetnikov paralel idxal çərçivəsində ölkəyə gətirilən məhsulların ümumi həcminin 4 milyard dollara yaxınlaşdığını açıqlayıb.

ANBARLAR RUSİYA MALLARI İLƏ DOLDU

Türkiyəyə çatmaq üçün Rusiyaya gedən tranzit yüklər səbəbiylə anbarların sıxlığına diqqət çəkən Rif Line-nin Türkiyə baş direktoru Mehmet Serkan Erdem açıqlamasında "Keçən həftə Mersində idim. Dünyanın hər yerindən gələn və Rusiyaya daşınacaq yüklər səbəbindən Mersində anbarlar ağzına qədər doludur. Bu yüklər bir tərəfdən türk gəmi sahiblərinin gəmiləri ilə Rusiyaya göndərilir, digər tərəfdən də bu yükləri daşımaq üçün çoxlu sayda rus yük maşınları Türkiyəyə gəlir".

Türkiyənin aparıcı yerli gəmi şirkətlərindən biri olan Medkon Shipping, ötən həftələrdə Mersin, İstanbul və İzmirdən Rusiyanın Novorossiysk limanına reys həyata keçirib. Medkon baş direktoru Mahmud Işık Rusiyaya tranzit yüklərin daşınması zamanı embarqonu pozmamaq mövzusunda çox həssas olduqlarını vurğulayaraq, bunları söylədi:. Arkas da, biz də çox diqqətliyik. Şirkətimizdə bu məsələ ilə məşğul olan iki hüquqşünasımız var. Problem yaşanmaması üçün bütün sənədlər onların nəzarətindədir. Göndərənin embarqo altında olmadığına əmin olduqda, Rusiyaya göndərişi həyata keçiririk. Sonra biz nəqliyyatla bağlı bütün bu məlumatları P&I şirkətinə ötürürük. Bizim üçün göndərən, alan və yükün embarqoya daxil olmaması kifayətdir. Ancaq ən kiçik sual işarəsi olsa belə, biz bu daşımaları qəti şəkildə həyata keçirmirik".

DƏMİR YOLLARINDA TRANZİT TƏLƏBİ ARTIR

Türkiyənin qabaqcıl Anbarlarından olan Asbir İdarə Heyətinin sədri Erkan Başboğa da bir çox rus iş adamının Türkiyədə şirkətlər qurduğunu bildirərək, "Bu şirkətlər Avropadan mal yığır, bizə gətirir və tranzit daşımaları həyata keçirir. Bəziləri də Türkiyədən mal tədarük edib ixrac edir. Bu şəkildə ticarət hüquqi əsaslara söykənir. Təkcə dənizdə deyil, dəmir yolunda da hərəkət var. Avropa logistik şirkətlərindən Rusiya dəmir yolu xəttindən istifadə edənlər Türkiyə üzərindən daşımaq istəyirlər. Hətta dəmiryol işçiləri ilə də görüşdüm" dedi.

Hazırladı: Eltac Zülfüqaroğlu/Turkustan.az

Mənbə: haber7.com


MANŞET XƏBƏRLƏRİ