"Qisas" əməliyyatı davam edəcəkmi? – Hərbi ekspertdən CAVAB


Dünən Rusiya sülhməramlılarının nəzarət zonasında qeyri-qanuni fəaliyyət göstərən erməni terrorçu hərbi birləşmələrinin atəşi nəticəsində Azərbaycan ordusunun bir əsgəri şəhid olub.

Bunun ardından Azərbaycan ordusunun başlatdığı "Qisas" əməliyyatı nəticəsində düşmənə ağır zərbələr vurulub.

" Qisas" əməliyyatı davam etdiriləcəkmi?

Hərbi ekspert Ədalət VerdiyevTurkustan.az-a açıqlamasında bildirib ki, əməliyyatın davam etməsi əsasən Ermənistan tərəfinin öhdəliklərin yerinə yetirib-yetirməyəcəyindən asılı olacaq: "Emənistan tərəfi birgə bəyanatın şərtlərini yerinə yetirərsə və bunu rəsmi olaraq təsdiqləyərsə, Azərbaycan əməliyyatlara davam etməyə bilər. Çünki biz müharibə tərəfdarı deyilik. Müharibə tərəfdarı olsaydıq Ermənistana münaqişənin sülh yolu ilə nizamlanlaməsina aid 5 bənddən ibarət təklif verməzdik. Bu təkliflərin verilməsi onu göstərir ki, Azərbaycan sülh tərəfdarıdır. Ermənistan bu məsələdə müsbət addımlar atmaq niyyətində olmadı və bu azmış kimi əsgərimizə qarşı təxribat törətdilər".

İran Silahlı Qüvvələri Baş Qərargah rəisi adından yayılan xəbərlərin heç bir əsası yoxdur - Ədalət Verdiyev

Ə.Verdiyev bildirib ki, Ermənistanın atəşkəs pozması heç vaxt cavabsız qalmayıb, gələcək də qalmayacaq.

Rusiya Müdafiə Nazirliyinin atəşkəsi Azərbaycan tərəfinin pozması haqqında iddiasına gəlincə, Ə.Verdiyev bunu absurd bəyanat adlandırıb: "Onların nəsə deməyi heç nəyi dəyişməz. Azərbaycanı öz ərazisində atəşkəsi pozmaqda suçlamaq absurddur. Bu, Azərbaycanın öz suveren ərazisidir".

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ