TƏCİLİ! Qarabağda ANTİTERROR ƏMƏLİYYATI keçirilir: separatçılar məhv edilir


Erməni KİV-lər Qarabağda qalan separatçı-terrorçuların ağır vəziyyətdə olduğunu yazır.
Turkustan.az
xəbər verir ki, bu gün terrorçuların açdığı atəş nəticəsində şəhid verən Azərbaycan Ordusunun əks-hücum əməliyyatı keçirdiyi və separatçı dəstələrin ciddi itkilər verdiyi haqda məlumatlar yayılıb.
Separatçı dəstələrin 4 terrorçusu məhv edilib, 15 terrorçu yaralanıb.
Əməliyyatın anti-terror xarakteri daşıdığı haqda məlumatlar var.

xxx

Azərbaycan Ordusunun keçirdiyi antiterror əməliyyatı nəticəsində 3 silahlının məhv edildiyi, azı 8 silahlı dəstə üzvünün isə yaralandığı bildirilir.

Turkustan.az bu barədə Ermənistan KİV-nə istinadən məlumat verir.

Məlumata görə, antiterror əməliyyatı Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin növbəti dəfə atəşkəsi pozmasından sonra başlayıb.

Qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutması nəticəsində Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.


MANŞET XƏBƏRLƏRİ