"Ərdoğan Balkanlarda sülhə kömək edə bilər" - Bakir İzzetbeqoviç


Bosniya və Herseqovinanın qurucu prezidentlərindən olan Aliya İzzetbeqoviçin oğlu Bakir İzzetbegovic ölkəsində və Balkanlarda gərginliyi azaltmaq üçün prezident Rəcəb Tayyib Ərdoğana güvəndiyini açıqlayıb.

Tükrüstan.azxəbər verir ki, Bosniya və Herseqovinanın Demokratik Fəaliyyət Partiyasının (SDA) lideri Bakir İzetbeqoviç Ərdoğanın Serb liderləri ilə yaxşı münasibətlərə malik olduğunu və Bosniya və Herseqovinadakı serb liderlərinin də ona hörmət etdiyini bildirib.

Ərdoğanı "böyük lider və diplomat" olaraq xarakterizə edən İzzetbeqoviç, "Onun Bosniya və Herseqovina və Balkanlardakı gərginliyi azaltmağa kömək edə biləcəyinə inanıram" dedi. Bosniyalı siyasətçi də Ərdoğanın sentyabrın 9-da ölkəsinə səfər edəcəyini təsdiqləyib.

Hazırladı: Eltac Zülfüqaroğlu/Turkstan.az

Mənbə: Milliyet.com.tr


MANŞET XƏBƏRLƏRİ