Erməniləri qorxuya salan VİDEO bərpa edildi


"VMedia" "Youtube" kanalı məşhur erməni tədqiqatçısı Filipp Ekozyantsın silinmiş videosunu bərpa edib.

Turkustan.az xəbər verir ki, erməni tarixçi, elmlər doktoru, İrəvan Dövlət Universitetinin müəllimi Stepan Stepanyantsın ermənilərin guya "tarix boyu təqiblərə məruz qalmaları" ilə bağlı sözlərinə Ekozyants cavab verib.

Stepanyantsın fikrincə, "ermənilər hər zaman yalnız erməni və xristian olduqlarına, həm də torpaqlarına görə təqiblərə məruz qalıblar".

Ekozyants erməni tarixçinin bütün arqumentlərini ironiyalı şəkildə təkzib edib. Lakin ermənilər həqiqətlərin üzə çıxmasından narahat olaraq, videonu kütləvi şəkildə şikayət ediblər. Nəticədə görüntülər platformadan yığışdırılıb. (modern.az)


MANŞET XƏBƏRLƏRİ