Fransadan qalmaqallı açıqlama: Türk ordusunu dayandırmalıyıq


Fransada Türkiyəni hədəf alan 102 millət vəkili, nəşr etdikləri ortaq şərhdə; Türkiyənin mümkün Suriya əməliyyatına müqavimət göstərilməsinə çağırış edərək, "Ərdoğanın müharibə çılğınlığına qarşı çıxmaq lazımdır" deyilib.

Türküstan.azxəbər verir ki, Avropanın Türkiyəyə düşmənçiliyi və PKK simpatiyası davam edir. Fransada Türkiyənin mümkün Suriya əməliyyatına qarşı çıxan millət vəkilləri bəyanat yayıb.

"Ərdoğanın müharibə çılğınlığına qarşı çıxmaq lazımdır" başlıqlı bəyanatda senatorlar bildiriblər ki, Türkiyə hökuməti "Ukrayna müharibəsi ilə NATO-da mərkəz statusundan istifadə edərək Suriyanın şimalında hücumları gücləndirmək üçün Atlantik Alyansının razılığını almağa çalışır.."

"Kürd müttəfiqlərimizin (PKK/PYD) bir daha hücuma məruz qalmasına icazə verə bilmərik və etməməliyik", - bəyanatda "Qərb ölkələri türk ordusunu dayandırmalıdır" çağırışı edilir.

"Le Journal du Dimanche"də dərc olunan bəyanatda yer alan ifadələr belədir:

"Suriyanın şimalında və şərqində muxtar administrasiyanın nəzarətində olan bölgələrdə müharibənin yaratdığı dəhşətli şəraitə baxmayaraq, kürd, ərəb, asur-xəldey, erməni və bütün etnik xalqlar bir yerdə yaşayır və demokratik, feminist bir şəraitdə təşkilatlanmağa çalışırlar. və ekoloji sistem və dialoqa girirlər.Onlar sülh yaratmaq üçün mübarizə aparırlar.

Qərb ölkələri artıq Türkiyə ordusunun törətdiyi qanun pozuntularına məhəl qoymamalıdır. Kürd döyüşçülərinin DEAŞ-la mübarizədə qətiyyəti bütün beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanıb. Amma bu gün onlar unudulmuş görünür. Kürd müttəfiqlərimizin yenidən hücuma məruz qalmasına imkan verə bilmərik və etməməliyik".

Hazırladı: Eltac Zülfüqaoğlu/Turkustan.az

Mənəb: haberglobal.com.tr


MANŞET XƏBƏRLƏRİ