Serbləri dəli edən Tvitter mesajı - FOTOLAR


Sərhədlərdə yolları yük maşınları ilə bağlayaraq Kosovonun yeni sənəd qərarını əngəlləyən serb azlıq gecəni qurduqları barrikadaların yanında keçirib. NATO lazım gələrsə müdaxilə etməyə hazır olduğunu açıqlayarkən, Ukraynadan paylaşılan mesaj Belqradda böyük təsir bağışlayıb.

Türküstan.azxəbər verir ki, Balkanlarda yenidən gərginlik artıb və ölkədəki serb azlığı Kosovo hökumətinin Serbiya ilə sərhəd keçidləri ilə bağlı yeni qərarlarına yolları bağlamaqla cavab verib.

Priştina administrasiyası elan edib ki, bazar ertəsi (1 avqust) Kosovoya daxil olan insanlar ölkədə qaldıqları müddətdə serb şəxsiyyət vəsiqəsi əvəzinə müvəqqəti sənəd götürməli olacaqlar. Hökumət həmçinin bildirdi ki, Serbiya tərəfindən verilmiş avtomobil nömrələri olan serb azlıqları iki ay ərzində öz nömrələrini Kosovo tərəfindən verilmiş nömrələrlə əvəz etməli olacaqlar.

Bu qərarlardan sonra bazar günü axşam Kosovonun şimalında serb etirazçılar yük maşınları və digər ağır maşınlarla Jarinje və Bernjak sərhəd keçidlərinə gedən yolları bağlayıblar. Kosovo polisi sərhəd-keçid məntəqələrini bağlamalı olduqlarını açıqlayıb. Kosovo polisi də qeyd edib ki, onlara atəş açılıb, lakin xəsarət alan olmayıb.

Polisin açıqlamasında bildirilir ki, etirazçılar nəqliyyat üçün bağlanan yollardan keçən çoxlu sayda albanı döyüblər, bəzi avtomobillərə isə hücum edilib.

Əsasən serblərin məskunlaşdığı şimaldakı kiçik Mitrovitsa şəhərində hava hücumu sirenləri üç saatdan çox müddətə səslənib.

Gərginlik artdıqca, Avropa Birliyi (AB) və ABŞ işə qarışdı. Kosovo ilə Aİ və ABŞ arasında məsləhətləşmələrdən sonra hökumət planı bir ay gecikdirəcəyini və sentyabrın 1-də qüvvəyə minəcəyini açıqladı.

Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Josep Borrell qərarı alqışladığını və maneələrin dərhal aradan qaldırılacağına ümid etdiyini açıqlayıb və iki ölkəni dialoqu davam etdirməyə çağırıb.

Təxirə salınma elan edilməzdən əvvəl Kosovonun baş naziri Albin Kurti ABŞ-ın Kosovodakı səfiri Ceffri Hovenyerlə görüşüb.

Baş nazir Kurti bildirir ki, Belqrad eyni tələbi Serbiyaya daxil olan Kosovo vətəndaşlarından da irəli sürüb.

Serb lideri Aleksandar Vucic "atmosferin qaynama nöqtəsinə gətirildiyini" iddia edərək, serblərə hücum ediləcəyi təqdirdə "Serbiya qalib gələcək" xəbərdarlığını etdi. Priştina rəhbərliyinin qərarı bir ay təxirə salmasından sonra bir daha danışan Vuçiç, dəyişiklikdən sonra gərginliyin "azalacağını" gözlədiyini söyləyib.

Gecəni barrikadaların yanında keçirdilər

Bununla belə, bazar ertəsi səhər saatlarında Jarinje və Brnjak sərhəd qapılarına gedən yollar hələ də bağlı idi. Serb mətbuatı yazır ki, Kosovodakı serblər gecəni qurduqları barrikadaların yaxınlığında keçiriblər.

Serbiya mətbuatının məlumatına görə, yolları bağlayan serblər etirazlarını davam etdirəcək və barrikadaları tərk etməyəcəklər.

Sırpları çıldırtan Twitter mesajı

Sırpları çıldırtan Twitter mesajı

Hazırladı: Eltac Zülfüqaroğlu/Turkustan.az

Mənbə: milliyet.com.tr


MANŞET XƏBƏRLƏRİ