Yusif Asifoğlu. Qarabağlı qızcığaz...


Qarabağlı qızcığaz!
Laçından xəbərin var?!
Bu necə köç etməkdi?
Köçündən xəbərin var?!

Sinən çarpaz dağlıdı...
Sevgin qarabağlıdı...
Dərd sənə adaxlıdı...
Elçindən xəbərin var?!

Yarından yara qaldı...
Bəxtində qara qaldı...
Çölün xaraba qaldı...
İçindən xəbərin var?!


MANŞET XƏBƏRLƏRİ