Türkiyə və Azərbaycanın güclənməsini istəməyənlər kimlərdir? – SƏBƏB


Azərbaycan və Türkiyənin tarixi keçmişə dayanan dostluqları, qardaşlıqları var.

Yüz illər boyu davam edən bu bərabərlik öz töhfəsini hər zaman verib. Buna görə də tarix boyu Azərbaycan və Türkiyənin güclənməsinə qarşı çıxıblar.

Buna örnək olaraq İranın 44 günlük vətən müharibəsində eyni dinə mənsub olan, illərdir əməkdaşlıq etdiyi Azərbaycanı deyil, açıq aşkar Ermənistanın tərəfində olduğunu gördük. Ankaranın Bakıya verdiyi dəstəyi görən Tehran bu birlikdən narahat olsa da, əlindən heç nə gəlmədi. Azərbaycan Türkiyə ilə birlikdə 44 günlük müharibədən üzü ağ çıxdı və iki ölkənin birliyinin necə güclü olduğunu bütün dünyaya göstərdi.

İran isə bunu seyr etməkdən başqa heç nə etmədi.

İranda Güney Azərbaycanlılara qarşı təxribatlar baş verdı, eyni zamanda Bakıda dindən xəbəri olmayan bəzi insanlar dindən danışmağa, İranın tərəfini tutmağa başladı. Elədikləri təxribat istədikləri kimi olmadı, artıq Azərbaycan İranın bu oyunlarının qarşısını almaq üçün tədbirlərini aldı və etdikləri təxribatlar, planlar hamısı suya düşdü.

Türkiyə Osmanlı İmperiyasından bu yana, Mustafa Kemal Atatürkün zamanından dünyada daim adı çəkiləndə dünyanın ehtiyat elədiyi ölkələrdən biri olub.

İllər keçdikcə Türkiyənin hərbi güc olaraq sənayesi daha müasirləşdi, gücləndi.

Artıq Türkiyə öz İHA və SİHA, yəni qırıcı təyyarələrini istehsal edib və dünyanın güclü ölkələrinə satmağa başladı.

İHA və SİHA-ların həm ikinci Qarabağ müharibəsində, həm də hal-hazırda davam edən Ukranya-Rusiya mühabribəsində necə aktiv rol oynadıqlarının şahidi oluruq.

Məhz buna görə də Türkiyə böyüdükcə, başda ABŞ olmaq üzrə bir çox ölkələr buna qarşı çıxmağa başladı.

İsveç və Finlandiya NATO-ya girmək üçün Türkiyənin onlara qoyduğu şərtləri qəbul etməli oldu.

Şərt nə idi bəs?

Finlandiya və İsveçdə məskunlaşan PKK üzvləri və FETÖ-çülərin Türkiyəyə verilməsi, onlara söz haqqının verilməməsi.

Türkiyə istədiyini elədi, şərtlər qəbul olundu, yalnız Türkiyənin daha da çox böyüməsini istəməyən düşmənlər onları bir yolla başqa ölkəyə qaçırdı. Sonra da "xəbərimiz olmadı" dedi. Bunlar hələ azmış kimi, Yunanıstan da Türkiyəyə qarşı çıxmağa başladı. Tarix boyu Yunanıstan Türkiyəyə qarşı olub, yalnız hər dəfəsində də məğlub olub. Deyəsən, Mustafa Kemal Paşanın bunları dənizə tökməsi yunanları ağıllandırmayıb.

Türkiyənin Ukrayna-Rusiya müharibəsində sərgilədikləri, çaba elədikləri anlaşmalar bu ölkələri özündən çıxartdı. Çünki Türkiyənin güclənməsi Türk dünyasının böyüməsi deməkdir.

Vaxtı ikən bir açıqlamasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan belə bir söz demişdi: "Hamınız gəlin, hamınız! Biz burdayıq!".

Açıklama yok.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ