“Avroviziya 2023”ün keçiriləcəyi ölkənin adı açıqlandı

“Avroviziya 2023”ün keçiriləcəyi ölkənin adı açıqlandı

"Avroviziya 2023” qalib ölkə olan Ukraynada keçirilməyəcək. Avropa Yayım Birliyi (EBU) müsabiqənin Böyük Britaniyada keçirilməsi ilə bağlı yekun qərarını verib.

Turkustan.az xəbər verir ki, bu barədə "”Avroviziya”nın rəsmi səhifəsində məlumat verilib.

Avropa Yayım Birliyi (EBU) və BBC bu ilin qalibi olan Ukrayna yayımçısı "UA Suspіlne” adından "Avroviziya 2023” mahnı müsabiqəsinin Böyük Britaniya tərəfindən keçiriləcəyini təsdiqləyib.

Bu qərar Ukraynada müsabiqənin keçirilməsi imkanlarını öyrəndikdən sonra qəbul edilib. Araşdırmalardan sonra təhlükəsizlik baxımından bunun mümkün olmadığı qənaətinə gəlinib.

Müsabiqəyə ev sahibliyi edən şəhərin müəyyən edilməsi bu həftə başlayacaq. Rəqabət edən şəhərlər arasında Aberdin, Belfast, Birmingem, Brayton, Bristol, Kardiff, Edinburq, Qlazqo, Mançester, Lids, Liverpul, London, Nyukasl, Nottingem, Şeffild, Svindon və Vulverhempton var.  


MANŞET XƏBƏRLƏRİ