Fəzail Ağamalı haqqındakı şeiri sildirmək üçün pul göndərib? - ÖZÜNDƏN AÇIQLAMA


Milli Məclisin deputatı Fəzail Ağamalı Salyanda yaşayan satirik şair İbrahim Xudayiyə haqqında yazdığı şeiri sosial şəbəkədən silmək üçün 100 AZN göndərib.
Turkustan.az xəbər verir ki, bu iddianı şair sosial şəbəkə hesabında yazıb.
"Ağır xəstəlikdən əziyyət çəkirəm. Hamamı, tualeti, qazı və suyu olmayan 1 otaqlı evdə yaşayıram. Mənə kömək etsin deyə, deputat Fəzail Ağamalıya 4 dəfə yazılı, 2 dəfə də videomüraciət etmişəm, əlavə olaraq da təndiqi şer paylaşmışam. Deputatın köməkçisi Xidmət Orucov mənimlə əlaqə saxladı, evə gəlmək istədiyini bildirdi, sevindim. Gəldi və 100 manat verdi. İbrahim Xudayi deputat bu qədər problemlərim, ağır xəstəliklərim və şəraitsizliyim üçün 100 manat yardım ayırıbmış", - deyə şair qeyd edib.
İbrahim Xudayinin sözlərinə görə, Fəzail Ağamalının köməkçisi daha sonra onunla foto çəkdirib və bunları deyib:
"Fəzail bəy haqqındakı yazdığınız şeri silin. Dedim ki, Fəzail bəyin adı ilə bağlı daha nəsə qalmayıb profilimdə. Ötən günlərdə Bakıya getmək üçün də 20 manat pul göndərmişdi, sağ olsun. Buradan üzümü Fəzail Ağamalıya tutub deyirəm ki, belə laqeydlik, etinasızlıq, rüsvayçılıq olmaz. 100 manat şeiri sildirmək üçün imiş, eləmi? Sağ olun, hörmətiniz artıq olsun".
Sözügedən iddiaların doğruluğunu öyrənmək üçün Fəzail Ağamalı ilə əlaqə saxladıq.
Deputat Bizim.Media-ya açıqlamasında yazılanların həqiqəti əks etdirmədiyini bildirib:
"Bir dəli quyuya daş atır, 40 ağıllı çıxara bilmir. Kimsə ağlına gələni yazır. Pul verirlər, öyrədirlər yazır. İki aydır mətbuat tərəfindən hədəf alınmışam. Mən sadəcə olaraq demişdim ki, mövsümi meyvələr bahadır, ala bilmirik. Səhv demişəm? Mənim üstümə nə üçün gəlirlər?"




MANŞET XƏBƏRLƏRİ