“Netflix”in istehsalı olan filmdə Bakı görüntüləri necə çəkilib? - Fotolar

“Netflix”in istehsalı olan filmdə Bakı görüntüləri necə çəkilib? - Fotolar

“Netflix” istehsalı olan "Boz adam" (“The Gray man”) filminin bəzi epizodlarının Bakıda çəkildiyi barədə məlumat vermişdik.

Teleqraf.com xəbər verir ki, çəkilişlər türk kinematoqrafçıları tərəfindən aparılıb.

Vizual effektlər üzrə nəzarətçi Serkan Semiz feysbuk sosial şəbəkəsində həmin görüntüləri paylaşıb. O bildirib ki, pandemiya səbəbindən aktyorlar və çəkiliş qrupu Bakıya gələ bilməyib:

“Demək olar ki, bir il əvvəl, 8-11 avqust 2021-ci il tarixlərində bu gündən “Netflix”də yayımlanan “The Gray Man” filmi üçün Bakını çəkdik. Aktyorlar və çəkiliş qrupu pandemiya səbəbindən çox səyahət etmək istəmədiyi üçün filmdə istifadə olunan bütün Bakı görüntülərini biz çəkdik. Onlar isə Los-Anceles və Praqada bütün Bakı səhnələrini çəkiblər və bizim həmişəkindən daha keyfiyyətli çəkdiyimiz fotolar (64K) və videolardan (32K) istifadə ediblər.

Beləcə, “Netflix” tarixində ən yüksək büdcəli filmə də öz töhfəmizi verdik”.

Qeyd edək ki, bu iş “Filming Azerbaijan”nın “Neftlix” platforması ilə birgə əməkdaşlığının nəticəsidir.

Filmin rejissorları Antonio və Joe Russo qardaşlarıdır. Ekran əsərində baş rolları Ryan Goslinq və Kris Evans canlandırıb.


MANŞET XƏBƏRLƏRİ