Baş prokuror cinayətkarlığa qarşı mübarizədə medianın rolundan danışdı


Cinayətkarlığa qarşı mübarizədə medianın önəmli rolu var.

Turkustan.a z xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev kollegiya iclasında deyib.

O, Milli Mətbuatın yaradılmasının 147-ci il dönümü münasibətilə media nümayəndələrinə səmimi təbriklərini ünvanlamaqla qeyd edib ki, hesabat dövründə Baş Prokurorluq tərəfindən aparılan mütəmadi monitorinqlər nəticəsində media və sosial şəbəkə səhifələrində yayılmış məlumatlar əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə 6 cinayət işi başlanıb, bir məlumat üzrə aidiyyəti struktur qurum tərəfindən məhkəməyə mülki iddia verilib:

"Bir məlumat üzrə neqativ hallardan çəkindirmək məqsədilə vətəndaşlara prokuror təsiri tədbiri aktı olan xəbərdarlıq elan edilib, 3 məlumat üzrə qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair təqdimatlar göndərilib".


MANŞET XƏBƏRLƏRİ