Şuşada Beynəlxalq Media Forum keçirilir - FOTOLAR


Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə iyulun 22-də Şuşada Milli Mətbuat Günü münasibətilə "Mediada qlobal trendlər, yeni çağırışlar" mövzusunda beynəlxalq media forumu işə başlayıb.
Turkustan.az xəbər verir ki, forumda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 İyul – Milli Mətbuat Günü münasibətilə Azərbaycanın media nümayəndələrinə ünvanlandığı təbrik məktubunu oxuyub.
Forum çıxışlarla davam edir.
Qeyd edək ki, tədbir çərçivəsində "Yeni media jurnalistikasına keçid: Konvergensiya və yeni imkanlar", "Media etikası: Rəqəmsal mühitdə jurnalistlərin peşə davranışı", "Azərbaycan mətbuatında Şuşa izi" və "Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivləri" adlı panel iclasları keçiriləcək.
Forumda Azərbaycanın media nümayəndələri, ekspertləri və rəsmilər şəxslər, həmçinin xarici media təmsilçiləri iştirak edirlər.


MANŞET XƏBƏRLƏRİ