"Nərmin işi"ndə nə baş verir?


Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə keçirilməsi nəzərdə tutulan məhkəmə prosesi növbəti dəfə təxirə salınıb.

Turkustan.azxəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilməsi nəzərdə tutulan məhkəməyə mərhum Nərmin Quliyevanın atası Şərif Quliyevin bəzi səbəblərdən gələ bilmədiyi üçün təxirə salınıb.

Növbəti məhkəmə iyulun 27-də keçiriləcək.

Qeyd edək ki, ötən həftə də məhkəmə prosesi təxirə salınıb. /yenisabah.az/


MANŞET XƏBƏRLƏRİ