QHT Agentliyi daha 400 layihəyə qrant ayırdı


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2022-ci kiçik qrant müsabiqəsinin nəticələrini elan edib.
Qurumdan verilən məlumata görə, qrant müsabiqəsinə 7 istiqamət üzrə 584 layihə təqdim olunub. Onlardan 400 QHT layihəsinin maliyyələşdirilməsi haqqında Agentliyin Müşahidə Şurası qərar qəbul edib.
"Məlumat üçün bildiririk ki, 22 avqust 2022-ci il tarixinə kimi qrant müqavilələri bağlanmalıdır və müsabiqənin nəticələrinə əsasən qalib elan edilən QHT-lərin 22 avqust 2022-ci ilədək Agentlik qarşısında öhdəliyi (debitor borc) olmamalıdır", - Agentlik bildirib.


MANŞET XƏBƏRLƏRİ