"Maska tələbi qayıda bilər" – İnfeksionistdən XƏBƏRDARLIQ


"Məlum olduğu kimi bütün dünyada koronavirusa yoluxma halları yenidən artmağa başlayıb. Ölkəmizdə də artıq yoluxma sayı günü-gündən artmaqdadır".

"Bunun səbəbi artıq uzun bir ara keçdiyi üçün vurulan peyvəndlərin öz effektliyini itirməsidir. Zaman keçdikcə orqanizm virusa qarşı daha yenidən həssaslıq göstərməyə başlayır.

Bu fikirləriTürküstan.az-a açıqlamasında infeksionist-hepatoloq Mərdan Əliyev deyib:

M.Əliyev bilidirb ki, payız mövsümünə doğru bu artmaların olacağı proqnozlaşdırılır. Payız mövsümündə infeksiyaların o, cümlədən də koronavirusun artma dövrüdür: "Bunun qarşını alınması üçün ən yaxşı vaistə maskaların istifadə olunmasıdır. Maskaların isitifadə olunması təmasları xeyli dərəcə də azaldır".

Meymun çiçəyi" Azərbaycanda yayıla bilər? - Həkim AÇIQLADI - saglamliq xeberleri saglam olmaq mualice yollari 2022

Ekspertin fikirincə, karantin qadağalarında maskanı istifadə etmək gündəmə gələ bilər: "Başqa karantin qaydalarına, tədbirlərinə düşünürəm ki, ehtiyac olmayacaq. Çünki, yoluxma artmış olsa da, əvvəlki dalğalanmalar kimi olmayacaq".

M.Əliyəv bildirib ki, yeni vaksinlərin vurulması da gündəmə gələ bilər. Buna 65 yaş üstü olan vətəndaşlar, aktiv əhali qrupuna aid olan vətəndaşlar üçün ola bilər. Çünkü onlar üçün bu xəstəlik təhlükəli ola bilər.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ