Yeni epidemiya rəsmən elan edildi: İnsanları 90 faiz öldürür, dərman yoxdur


Koronavirusdan sonra dünya indi "Marburq qızdırması" səbəbindən həyəcan vəziyyətindədir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Qərbi Afrika ölkəsi Qanada "Marburq qızdırması" epidemiyası elan edib. Ebolaya bənzər xəstəlik böyük qorxudur, çünki ölüm nisbəti 90 faizə çata bilər və müalicəsi yoxdur.

Türküstan.azxəbər verir ki, laboratoriyalar bu ayın əvvəlində açıqlanan iki halda infeksiyaları təsdiqlədikdən sonra ÜST Qanada Ebolaya bənzər Marburq virusu xəstəliyinin ilk yayıldığını elan etdi. ÜST-dən verilən açıqlamada Seneqalda bir laboratoriyaya göndərilən nümunələrdə Marburq virusunun aşkar edildiyi bildirilib. Açıqlamada bildirilib ki, xəstələrin təmasda olduğu 90-dan çox şəxs, o cümlədən tibb işçiləri müəyyən edilərək təqib edilib.

2 NƏFƏRDƏ AŞKAR OLUNUB

ÜST-nin Afrika direktoru Dr. Matshidiso Moeti, açıqlamasında, səhiyyə orqanlarının Marburq virusuna tez reaksiya verərək hazırlanmağa başladığını ifadə etdi. Virusun təcili tədbirlər görülmədən nəzarətdən çıxa biləcəyinə işarə edən Moeti, "ÜST səhiyyə işçilərini yerlərdə dəstəkləyir və indi epidemiya elan edildikdən sonra cavab üçün daha çox qaynaq ayırırıq" dedi. ifadəsini işlətdi. Qananın Aşanti bölgəsində ayın əvvəlində dünyasını dəyişən 2 nəfərdə Marburq qızdırması aşkarlanıb. Bununla belə, epidemiyanı təsdiqləmək üçün Seneqaldakı laboratoriyaya nümunə göndərilib.

ÖLÜM ARTIŞI 90 FAİZƏ QƏDƏR ARTA BİLƏR

Ebolanın yaxın qohumu olduğu bildirilən Marburq virusu ilk dəfə 1967-ci ildə Almaniyanın Marburq şəhərindəki laboratoriyada aşkar edilib. Meyvə yarasaları vasitəsilə yoluxan Marburq qızdırması insanlar arasında bədən mayeləri və ya yoluxmuş şəxslərin təması ilə də yayılır. İnfeksiyaya yoluxmuş insanlarda yüksək hərarət, şiddətli baş ağrısı, halsızlıq, qusma kimi təsirlər qəfil baş verir və 7 gün ərzində bir çox xəstələrdə ağır hemorragik simptomlar inkişaf edir.

HEÇ BİR PEYVƏND VƏ MÜALİCƏSİ YOXDUR

Peyvəndi və ya spesifik müalicəsi olmayan Marburq qızdırmasından ölüm nisbəti yüzdə 23 ilə yüzdə 90 arasında dəyişə bilər. Virusun ilk aşkar edildiyi 1967-ci ildən bəri Cənubi və Şərqi Afrika və Avropada 12 Marburq hadisəsi görülüb. 2005-ci ildə Anqolada Marburq qızdırması epidemiyasında xəstəliyə yoluxan 252 nəfərin 90 faizi öldü. Virus 2018-ci ildə Qərbi Afrika ölkəsi Syerra-Leonedə yarasada tapılsa da, insanlar arasında heç bir hadisə qeydə alınmayıb.

Hazırladı: Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ