"14 iyul günü müasir tariximizin mühüm mərhələsinin başlanğıcıdır"


14 iyul günü müasir Azərbaycan tarixinin mühüm mərhələlərindən birinin başlanğıcıdır. 1969-cu ilin 14 iyulunda Ulu Öndər Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə gəlməklə, ölkəmizdə millik dövlətçiliyə, milli özünüdərkə, milli düşüncəyə keçdidin əsasını qoydu. Respublikanı o zaman ittifaq ölkələri arasında öncül sıralara çıxardı".

Bu fikirlərin müəllifi – Milli Məclisin deputatı Aqil Məmmədov bidldirib ki, 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı rol danılmazdır: "Bu tarix Azərbaycanın öz istiqlaliyyətinə doğru addımlamasının, o tarixi prosesə hazırlanmasının başlanğıc götürdüyü gündür. O illərində Azərbaycan iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. O zaman məhz Ulu Öndər Heydər Əliyevin gəlişi ilə respublikada həyat qaynamağa başladı, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü yaşandı. 1969-cu ilin 14 iyulunda Ulu Öndər Heydər Əliyev Azərbaycan KP MK-nın I katibi seçildi. Azərbaycanda milli yaradıcı insanların önə çəkilməsi, onların dövlət mükafatları ilə təltif edilməsi, o dövrün repressiyalarından xilas edilməsi Heydər Əliyevin tarixi xidmətlərindəndir".

Millət vəkili milli kadrların, xüsusilə, hərbçi zabitlərin hazırlanmasında o dövrdə açılan məktəblərin rolunu qeyd edir: "Hakimiyyətə gəldiyi ilk günlərdən Heydər Əliyev bütün sahələrdə yüksək ixtisaslı kadrların yetişdirilib hazırlanması məsələsinə böyük diqqət və qayğı göstərdi. Ümummilli Liderin təşəbbüsü və xüsusi səyi nəticəsində Cəmşid Naxçıvanski adına Hərbi məktəbin açılması Azərbaycanın həyatında çox mühüm bir hadisə oldu".

O dövrdə H.Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri Azərbaycan dilinə dövlət dili statusunun verilməsi və Azərbaycan dilinin cəmiyyət həyatında daha geniş istifadəsinə təkan verilməsini qeyd edən A.Məmmədovun sözlərinə görə, bu tarixi hadisə sovet ittifaqında nadir hadisələrdən idi: "İkinci dəfə hakimiyyətə qayıtdıqdan sonra da Uluöndər dilimizə olan sevgisini, qayğısını konkret əməlləri ilə nümyiş etdirdi. Bu gün də,Azərbaycanın bütün sahələrində Ulu Öndərin böyüklüyü, əməlləri görünür. Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin təməlində Heydər Əliyev siyasəti dayanır. Məhz bunun nəticəsidir ki, ölkəmiz bu gün dünyada layiqli yerini tutub, Ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edib. Azərbaycan durduqca, Heydər Əliyev siyasəti də hər zaman Azərbaycanda var olacaq. Çünki, xalqımızın, ölkəmizin taleyi bu siyasətlə səsləşir, vəhdət təşkil edir".


MANŞET XƏBƏRLƏRİ