"Əlimdə onunla bağlı sübut var" – Tahir Kərimli


"Hakimlərlə bağlı şikayətlər varsa, mən deputat statusumdan istifadə edib onlara kömək edəcəm".

Turkustan.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında deputat Tahir Kərimli deyib.

Deputat Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmira Nağıyevanın səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsinə toxunub:

"Elmira Nağıyeva ilə bağlı əlimdə sübut var. Deputatı olduğum dairədə bir hadisəyə Elmira xanım ədalətsiz yanaşdı. Biz məhkəmə qərarlarını təftiş eləmirik. Qanunun tələbi nədirsə, o qərarla razılaşmalıyıq. Lakin adı çəkilən hakim Elmira Eyvaz qızı hadisəyə məhsuliyyətli yanaşmayaraq peşəsindən sui-istifadə edib. Hakimlərlə bağlı şikayətlər varsa, mən deputat statusumdan istifadə edib, insanlara kömək edəcəm". (modern.az)


MANŞET XƏBƏRLƏRİ