“Biz məsələ qaldırırıq, onun tam əksinə qərar verilir” - Fazil Mustafa

“Biz məsələ qaldırırıq, onun tam əksinə qərar verilir” - Fazil Mustafa

Biz dəfələrlə parlamentdə cəmiyyəti narahatedən məsələlərlə bağlı fikirlər səsləndiririk. Amma reallıq budur ki, ya fikirlərimiz diqqətdən kənar qalır, ya da bunun əksinə qərar verilir.

Turkustan.az xəbər verir ki, bunu Milli Məclisin iclasında çıxışı zamanı deputat Fazil Mustafa deyib.

O, buna misal olaraq ölkənin quru sərhədlərinin bağlanmsını göstərib:

“ Ola bilsin ki, dövlətin öz arqumenti var, nələrsə bilir. Amma 10 minlərlə insanın hüququ pozulub. Söhbət istirahət, sağlamlıq və digər hüquqlardan gedir. İnsanlar əvvəlcədən bilet alıblar. Xüsusilə, kasıb kateqoriya üçün yollar bağlandı. Biz bu məsələni qaldırdıqdan sonra onun tam əksinə qərar verildi”.

Fazil Mustafa dərslərin sentyabrın 1-də başlamasına dair təklifini yenidən gündəmə gətirib:

“Camaat dərslərin sentyabrın 1-də başlamasını istəyir, amma inadla bildirirlər ki, belə də davam etməlidir”.

Deputat digər vacib məsələ kimi Konstutisuyanın 31 və 51-ci maddəsini göstərib:

“Bu maddələr əsasən yaradıcılıq azadlığı və əqli mülkiyyəti nəzərdə tutur. Diqqət edin, hansısa qaydalarla dövlət məmuru dissertasiya yaza bilməz. Amma yüzlərlə insan 20 ildən sonra məmurluqdan gedir və istəyir dərs desin. Qaydalar niyə qanunlardan önə keçməlidir? Bu da minlərlə insanın hüququnu pozur”. (publika.az)


MANŞET XƏBƏRLƏRİ