Kəlbəcərdə erməni vandalizminin izləri


MEDİA Agentliyi

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur

Ramiz Nəcəfli

Bakı Dövlət Universiteti tarix fakültəsi,
Mənbəşünaslıq, tarixşünaslıq və metodikası kafedrasının dissertantı

[email protected]

Dağıdılmış məscidlər və restavrasiyaya məruz qalmış xristian alban məbədləri

(yazının əvvəli BU LİNKDƏ )

Alban katalikosluğunun erməni kilsəsinə tabe olması ilə bağlı Ziya Bünyadov dolğun məlumat verir. O, Gəncəli Kirakosa istinad edərək yazır ki, VIII əsrin əvvəllərində erməni katalikosu İlya xəlifə Əbdül- Malikə(685-705) xəbərçilik edib bildirmişdir ki, Albanlar xilafət əleyhinə Bizansla ittifaq bağlayırlar. Bundan sonra Əbdül-Malik Arran katalikoslarını İlyaya tabe etdi.

Erməni kilsəsindən fərqli oalaraq alban kilsəsi öz mənşəyinə görə ilkin çağından bilavasitə Yerusəlimlə, Yerusəlim kilsəsi ilə, sonralar isə bu müqəddəs şəhərin patriarxı ilə bağlı olub. Bu baxımdan alban kilsəsi həmçinin Yerusəlim kilsəsiə bağlı olan gürcü kilsəsinə bənzəyir.

Ermənilər bu abidələri 19-cu əsrdən başlayaraq özünüküləşdirməyə çalışırlar. Xüsusilə də, Azərbaycan torpaqları uğrunda Rusiya-Qacar müharibələri(1804-1813, 1826-1828) və Rusiya Osmanlı müharibələri(1806-1812, 1828-1829) başa çatdıqdan sonra bu "şans" daha da artdı. Belə ki, Rusiya həmin müharibələrdə qalib gəldikdən sonra 1836-cı ildə alban katalikosluğu ləğv edildi və Qarabağdakı xristian kilsələrinin ixtiyarı erməni qriqoryan kilsəsinin şəriksiz ağalığına keçdi.

No description available.

Qasım Hacıyev Qarabağın xristian abidələrinin əsas əlamətlərini şərh edərkən bildirir ki, tarixi –arxeoloji və antropoloji tədqiqatlar Dağlıq Qarabağ ərazisində gəlmə elementlər olan ermənilərin(haylar) uydurmaları olmasını tarixi xarakter məsələlərinin həlli işində mühüm vasitə olan Fonocoğrafiya tədqiqatları(Odontologiya) birmənalı şəkildə sübut etmişdir. Belə ki, Qarabağın dağlıq hissəsində(Dağlıq Qarabağ ərazisində) yaşamış qədim insanların diş-çənə sümüklərinin analizi nəticəsində öyrənilmişdir ki, Qarabağın qədim sakinləri indiki azərbaycanlıların əcdadlarıdır. Ermənilərin Qarabağ ərazisindəki mədəniyyət irsinə iddiaları əsassızdır. Ermənilərin abidələrin üzərindəki yazıları saxtalaşdırmasına münasibət bildirən Q.Hacıyev yazır ki, bu hal abidələrin etnik məxsusluğunu xübut edə bilməz"Elmi ədəbiyyatdan məlumdur ki, Albaniya ərazisi 1-6-cı əsrlərdə Arşaki, 7-8-ci əsrlərin əvvəlinədək Mehrani sülalaərinin hakimiyyəti altında olmuşdur. Həmin dövrdə alban yazısı və alban-arran dili hökm sürürdü. Burada erməni dilinə nə ehtiyyac, nə də yer var idi. Abidələrin üzərindəki erməni yazıları isə bir qayda olaraq sonradan, saxtalaşdırmaq məqsədilə qoyulmuş izlərdir. Qarabağ ərazisindəki alban abidələrinin xüsusiyyətlərnə gəldikdə, tədqiqatlardan məlum olur ki, Albaniyada şərq xristianlığına məxsus memarlığın bütün növləri inkişaf etmişdir. Alban xristianlığının ilk dövrü üçün xarakterik kilsə tikintisi uzunsov ibadət zalı olan birnefli məbədlərdən ibarət olmuşdur. Bu məbədlərin uzunsov ibadət zalının şərq qurtaracağında yarımdairəvi mehrab hissəsi yerləşirdi. Bu növ məbədlərin üstü ikiqatlı sadə daşla örtülürdü. Belə məbədlərə Ağdamda, eləcə də Kəlbəcər və Mingəçevirdə təsadüf edilmişdir. 6-8-ci əsrlərdən başlayaraq geniş sahəli bazlikalar tikilməyə başlasnmışdır. Bu məbədlər olan qurluşuna görə əvvəlkilərdən fərqlənirdi. Belə ki, bazlikalar qərb-şərq istiqamətində tikilməklə, onun şərq hissəsi yarımoval formalı apsida ilə tamamlanır və bu hissə məbədin mehrabına çevrilirdi.

Erməni müəllifi M.Abeqyan ermənilərin nəinki Qarabağa, onların İrəvana necə və hansı yolla gəldiyini sübuta yetirən aydın və dəqiq dəlil olmadığını bildirir(M.Abeqyan. Erməni ədəbiyyatı tarixi. Səh. 11. Yerevan, 1975).

Kəlbəcərin alban məbədləri:Xudavəng məbədi- Kəlbəcərin 29-cu kilometrliyində-6-7-ci əsrlər, Gəncəsər məbədi- keçmiş Ağdərə rayonunun Vəngli kəndində, Xaçın çayının sol sahilində-13-cü əsr, Həsənriz kəndində Alban məbədi(500-cü il), Həsənriz kəndində Alban məbədi-1283, Vəng kəndində Alban məbədi-5-9 cu əsrlər, Vəngli kəndində Alban məbədi 13-cü əsr, Çərəkdar kəbndində Alban məbədi-5-7-ci əsr, Kolataq kəndində Alban məbədi-614-cü il, Kolataq kəndində Müqəddəs Yaqub kilsəsi-635-ci il, Qocaqot kəndində Alban məbədi 672-ci il, Qocaqot kəndində Alban məbədi 698-ci il, Dəstəgir kəndi Alban məbədi713-cü il, Qasapet kəndində Alban məbədi- 718-ci il, Çormanlı kəndində Alban məbədi- 10-cu əsr, Mahrataq kəndindində məbəd 1881-ci il, Şaplar kəndində 2 məbəd-13-cü əsr, Kiçan kəndində məbəd 13-cü əsr, Çıldıran kəndində Alban məbədi- 12ci əsr, Çovdar kəndində Alban məbədi 5-9-cu əsrlər, Çıldlran kəndində Qırmızı məbəd 13-cü əsr, Qozlu kəndində Xatırvəng məbədi 1204-cü il.

No description available.

Kilsələr

Qasapet kəndində kilsə 1894-cü il, Madagiz kəndində kilsə 1898-ci il, Dovşanlı kəndində kilsə-1668-ci il, Dəvədaşı kəndində kilsə 12-ci əsr, Qozlu kəndində Qırmızı məbəd 17-ci əsr, Talış kəndində məbədi-1279-cu il, Bulanıq çayında Alban kilsəsi-8-9-cu əsrlər, Çormanlı kəndində Alban kilsəsi-11-ci əsr, Mahrataq kəndindində kilsə-1883-ci il, Zar kəndində alban kilsəsi 7-8-ci əsrlərə aid

Tarixi Memarlıq abidələri: Qalalar, qəbirüstü abidələr

Lök qalası-Qanlıkənd-7-8-ci əsrlər, Qalaboynu qalası-8-9-cu əsrlər, Comərd qalası 8-9-cu əsrlər, Uluxan qalası-7-9-cu əsrlər, Zivel-Mollabayramlı qalası-8-9-cu əsrlər, Keşikçi qalası-Qamışlı kəndi-8-9-cu əsrlər, Çaraberd və ya Çiləbürt qalası-7-ci əsr, Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi-1982-ci il

Daş körpülər

Soyuqbulaq kəndində tağlı daş körpü-19-cu əsr, Zəylik kəndində tağlı daş körpü -19-cu əsr(eni 3 metr, uzunluq 14 metr). Ermənilər bu tarixi abidəni yerlə yeksan ediblər.

Ziyarıtgahlar.Əsirlik kəndində Qoç daşlar piri, Söyüdlü yaylağında Seyid Əsədullahın ziyaratgahı-19-cu əsr, Başlıbel kəndində Seyid Bağır ağanın ocağı-19-cu əsr, Başlıbel kəndində Seyid Əliabbas ağanın ziyarətgahı-19-cu əsr, Seyid Əhməd ağanın ocağı, Bağlıpəyə kəndində Seyid Əliqara ocağı-19-cu əsr, Zəylik kəndində Əli Pəncəsi-7-8-ci əsrlər. Sümüktökülən dərə

Beləliklə Kəlbəcər ərazisində 3500-dən çox qayaüstü təsvirlər və 139 digər abidələr vardır. 139 adda olan abidələrə daxildir: 1 mağara, 21 xristian məbədi, 4 məscid, 11 kilsə, 1 muzey, 73 qəbirüstü at və qoç daş fiqurları, 2 daş körpü, 8 ziyarətgah.

Kəlbəcər ərazisində yuxarıda qeyd olunanlardan əlavə bir çox tarixi abidələr var ki, hələ də bizlərə məlum deyil. Tədqiqata ehtiyacı olan abidələr bizləri gözləyir.

Dəyirmanlar..Kəlbəcərin 5-6 kiçik kəndləri istisna olmaqla bütün kəndlərdə su ilə işləyən dəyirmanlar 20-ci əsrin 80-90-cı illərinə qədər mövcud olmuşdur.


MANŞET XƏBƏRLƏRİ