Pandemiyanın yeni dalğası başlayıb? - İDDİA


Nüfuzlu "Pfizer" əczaçılıq şirkətinin baş direktoru Albert Burla pandemiyanın yeni dalğasının başladığını söyləyib.

Turkustan.azxarici KİV-ə istinadən xəbər verir ki, baş direktorun iddiasına görə, bəşəriyyət növbəti dalğa təhlükəsinə qədəm qoyub:

"Hələlik insanlar həkimlərin əllərində olan dərmanlar sayəsində adi həyat tərzinə təhlükəsiz şəkildə davam edə bilirlər. Bəli, birmənalı olaraq deyə bilərəm ki, pandemiyanın yeni dalğası başlayıb. Düşünürəm ki, hələ hamı peyvəndin dördüncü dozasını qəbul etməyib və hazırda nəzarət etmək daha çətin olan "omicron" ştamı yayılıb. Peyvənd COVID-19-dan xəstəxanaya yerləşdirilmə və ya ölüm ehtimalını azaldır". /modern.az/


MANŞET XƏBƏRLƏRİ