Kadırovun yaydığı xəbər yalan çıxdı


Ukrayna hərbçilərinin Lisiçanskda mühasirəyə alınması və şəhərin Rusiya qoşunları tərəfindən ələ keçirilməsi barədə xəbərlər təkzib olunub.

Turkustan.azxəbər verir ki, bu barədə mediaya açıqlama verən Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç Çeçenistan lideri Ramzan Kadırovun yalanını üzə çıxarıb.

Ukrayna rəsmii Kadırovun Lisiçanskın ələ keçirilməsi haqda dediklərinin həqiqətdən uzaq olduğunu bildirib. Arestoviç açıqlamasında Kadırovu tiktoker kimi təqdim edib:

"Tanınmış tiktokerin simasında Rusiya tərəfi Severodonetski təxminən 45 gün əvvəl aldıqlarını iddia etmişdi. Ay yarım çəkdi. Lisiçanskın mərkəzində deyillər, nəzarətə götürməyiblər". /modern.az/


MANŞET XƏBƏRLƏRİ