ABŞ-la Türkiyə arasında kritik görüş


Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələdar İdarəsinin rəhbəri İbrahim Kalın Mabeyn malikanəsində ABŞ-ın republikaçı senatoru Lindsi Qrehem ilə görüşüb.

Turkustan.az xəbər verir ki, bu barədə İbrahim Kalın məlumat yayıb.

Məlumata görə, görüş zamanı i̇kitərəfli siyasi və iqtisadi əlaqələr, terrorla mübarizə, müdafiə sənayesi sahəsində əməkdaşlıq, Ukrayna böhranı, Qara dənizdən taxıl daşınması, Suriya, Egey-Aralıq dənizi və digər regional məsələlər müzakirə olunub.

Qeyd olunub ki, Türkiyə-ABŞ münasibətləri qarşılıqlı hörmət və anlaşma, ortaq və strateji maraqlar əsasında inkişaf etməlidir. Müdafiə sənayesi sahəsində əməkdaşlıq və F-16-da irəliləyişin iki ölkənin maraqlarına xidmət edəcəyi bildirilib. (axar.az)


MANŞET XƏBƏRLƏRİ