ŞOK GƏLİŞMƏ: NATO-ya alternativ yaradılır, İran isə getdikcə...


Dünya, Yaxın Şərq ölkələrinin sammiti ərəfəsində NATO-nun analoqunun yaradılmasının mümkünlüyündən danışmağa başlayıb. Hərbi alyans regionda sabitliyi qoruyub İranla qarşı-qarşıya qalacaq.

Turkustan.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Sammitdə Fars körfəzi ölkələri, İordaniya, Misir və İraq iştirak edəcək. Hələlik hərbi alyansın analoqunun yaradılması məsələsinin həqiqətən də müzakirə olunub-olunmayacağı məlum deyil, lakin son həftələr baş verənlər onun aktuallığını göstərir.

"The Wall Street Journal" yazır ki, Misirin Şarm əl-Şeyxində ABŞ-ın himayəsi altında bu yaxınlarda Misir, İordaniya, İsrail, Səudiyyə Ərəbistanı və Qətər komandanlığının nümayəndələri arasında gizli danışıqlar aparılıb. Danışıqlara yaxın mənbə qeyd edir ki, bunu ümumi təhlükədən qorunma strategiyasının hazırlanmasının ilkin mərhələsi adlandırmaq olar.

İsrailin müdafiə naziri Benni Qantz da öz növbəsində bu yaxınlarda ölkəsinin Yaxın Şərq Hava Hücumundan Müdafiə Alyansı (MEAD) üzərində işdə iştirak etdiyini təsdiqləyib.

Yaxın Şərq regionunda ciddi kadr dəyişiklikləri NATO-nun analoqunun meydana çıxmasını daha da yaxınlaşdırıb. İsrail qonşu bölgələrlə əlaqələr qurmağa davam edir, İran isə getdikcə pariyaya çevrilir. İranın nüvə proqramı ilə bağlı narahatlıq regionu daha da yaxınlaşdırır.

Eyni zamanda ABŞ-ın Yaxın Şərqdən çıxması o deməkdir ki, təhlükəsizlik təminatları regionun özünün çiyninə düşür.

"Ölkədaxili problemlərin həllinə yeni yanaşma tapmaq vaxtıdır - geosiyasidən tutmuş iqtisadi problemlərə qədər. Xüsusilə COVID-19 pandemiyasından sonra və Ukraynadakı müharibənin yaratdığı qeyri-sabitlik fonunda", - Qahirədəki Əl-Əhram Siyasi və Strateji Araşdırmalar Mərkəzinin eksperti Əhməd əl-Sayed deyib.

İordaniya kralı II Abdullah da Yaxın Şərq hərbi ittifaqının yaradılmasına dəstək verdiyini açıqlayıb.

Hər şeyə baxmayaraq, tərəfdaşların İsrailin son silahlarına marağı böyükdür. İsrail isə öz növbəsində sadəcə danışıqlar aparan tərəf deyil - təklif olunan alyansın bütün strukturu onun ətrafında qurulacaq.

Alyansın yalnız İsraillə sabit münasibətləri olan və ya ABŞ vasitəsilə vasitəçilik etdiyi ərəb ölkələrindən ibarət olacağı da göz qabağındadır.

Alyansa daxil ola biləcək ölkələr:

  • Misir
  • İordaniya
  • BƏƏ
  • Bəhreyn
  • Mərakeş
  • Səudiyyə Ərəbistanı
  • Oman
  • Qətər
  • Küveyt

Livan və Suriya isə öz növbəsində İranla sıx əlaqələr saxlayır və onları mümkün müttəfiqliyə cəlb etməyi demək olar ki, qeyri-mümkün edir.

(publika.az)


MANŞET XƏBƏRLƏRİ