Bil Qeytsin yaxtası yenidən Bodrumda

Bil Qeytsin yaxtası yenidən Bodrumda

Dünyanın ən zəngin adamlarından olan Bill Qeytsin ötən il Bodruma gəldiyi “Lana” adlı superyaxta yenidən bu ərazidə görünüb.

Turkustan.az bildirir ki, yaxtanın həftəlik kirayəsi 1,8 milyon avrodur.

Uzunluğu 107 metr, eni 16 metr olan “Lana” superyaxtası yenidən Bodrumda görünüb. 2020-ci ildə İtaliyanın Livorno şəhərində inşa edilən 3,891 qros tonluq “Lana” Bodrum qalasının kənarında lövbər salıb. Dünyanın ən böyük superyaxtaları arasında 60-cı yerdə olan 200 milyon dollarlıq superyaxtanın həftəlik kirayəsinin 1,8 milyon avro olduğu bildirilir. Gövdəsi və üst göyərtəsi alüminium və poladdan hazırlanan yaxta ölçüləri ilə görənlərin diqqətini çəkir. “Lana” 8 kabinədə 16 qonağı qəbul etmək qabiliyyətinə malikdir və kapitan da daxil olmaqla 34 ekipaj üzvü tutumuna malikdir. Superyaxtada kimin olması maraq doğururdu.

Dünyanın ən zəngin insanlarından biri olan Bill Qeyts 24 oktyabr 2021-ci ildə “Lana” ilə birlikdə Bodruma gəlib. Geyts və onu müşayiət edən şəxslər UNESCO-nun Dünya İrs Siyahısına daxil olan və dünyanın ən əhəmiyyətli sualtı arxeologiya muzeyinə ev sahibliyi edən Bodrum qalasında 2 saat vaxt keçirib.  /teleqraf.com/


MANŞET XƏBƏRLƏRİ