Rusiyanın yeni pulunda SSRİ mesajı - FOTOLAR


Rusiya Mərkəzi Bankı bu gün 100 rublluq yeni əskinasın dövriyyəyə buraxılmasına başlayıb. Əskinasın üz və arxa tərəfində Sovet İttifaqını xatırladan təsvirlərdən istifadə olunub. Yeni əskinasın mərhələli şəkildə dövriyyəyə buraxılması gözlənilir.

Türküstan.azxəbər verir ki, Rusiya Mərkəzi Bankı yeni 100 rublluq əskinası bu gün dövriyyəyə buraxıb. Yeni əskinas Moskva və Mərkəzi Federal Dairə adına dövriyyəyə buraxılıb.

Əskinasın üz tərəfində Moskva Kremlinin Spasskaya qülləsinin zənglərini təsvir edən motiv təsvir edilmişdir. Arxa tərəfdə Rjev Sovet Hərbi Abidəsinin əsgəri var. Yeni əskinasda iki növ qoruyucu lif də yerləşdirilib.

100 rublluq əskinas tədricən dövriyyəyə buraxılacaq. Mövcud yüz rublluq əskinaslar bir müddət istifadə olunmağa davam edəcək.


MANŞET XƏBƏRLƏRİ