Göygöl rayonunda dörd nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Turkustan.azReport-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Göygöl rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Yük avtomobili ilə "VAZ-2107"nin toqquşması nəticəsində bir ailənin 4 üzvü - ata, ana, 18 aylıq körpə və bir qadın dünyasını dəyişib. Hazırda onların şəxsiyyəti dəqiqiləşdirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
***
Göygöl rayonunda ağır yol qəzasında ölənlərin sayı artıb.
Xəsarət alanlardan daha biri dünyasını dəyişib.
Bununla da ölənlərin sayı 5 nəfərə çatıb.