Rusiyadan ermənilərə gözlənilməz zərbə: "Tezliklə..." – ŞOK QƏRAR


Qarabağ separatçılarının Rusiyanın paytaxtı Moskvada fəaliyyət göstərən "nümayəndəliyi" tezliklə bağlanacaq.

Bu barədə Ermənistanın rəsmi mənbələrinə istinadən "Hraparak" qəzeti yazıb.

Nəşr Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyanın həm Rusiyanın rəsmi elitası, həm də səfirliyin heyəti ilə münasibətlərinin o qədər də rəvan getmədiyini bildirib:

"Artıq Ermənistan səfirinin ehtiyatlı olması, cangüdənlərin müşayiəti ilə gəzmək vərdişinin Rusiya dövlət strukturlarının diqqətini çəkdiyini və hətta Rusiya xarici işlər nazirini təəccübləndirdiyini yazmışdıq. Üstəgəl, Vaqarşak Arutyunyan Ermənistan XİN-ə məlumat vermədən, mümkün qədər müstəqil fəaliyyət göstərmək istəyir, bu da erməni diplomatları tərəfindən o qədər də xoş qarşılanmır. Üstəlik, etiketə görə, səfir görüşləri zamanı diplomatlarla müşayiət olunmalıdır, lakin o, səfirlik işçilərinə o qədər inanmır ki, heç bir diplomatı özü ilə aparmır, görüşlərə cangüdən rolunu oynayan əmisi oğlu ilə gedir.

Səfirlik mənbələrimizin verdiyi ikinci xəbər odur ki, "Artsax"ın Rusiyada 90-cı illərdən fəaliyyət göstərən "daimi nümayəndəliyi" tezliklə bağlana bilər. Bu "struktur"un rolunu səfirliyin ikinci nümayəndəsi yerinə yetirəcək"./Teleqraf.com


MANŞET XƏBƏRLƏRİ