Sumqayıtdan Xaçmaza toya gedənlər qəzaya düşüblər: ölən və yaralananlar var


Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Turkustan.az xəbər verir ki, Mercedes" markalı minik avtomobili Quba-Xaçmaz yolunun Bəyoba kəndi ərazisində hərəkətdə olarkən sürücü idarəetməni itirib, maşın yoldan çıxaraq ağaca çırpılıb.

Hadisə zamanı toya gələn Sumqayıt şəhər sakinləri 1964-cü il təvəllüdlü Bağırov Əlimərdan Əliş oğlu, 1968-ci il təvəllüdlü Cahangirova Rəisə Nadir qızı, 1990-cı il təvəllüdlü Abdullayev Zamin Əlimusa oğlu, 1995-ci il təvəllüdlü Lalə Abdullayeva Əlimərdan qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

L.Abdullayevanın vəziyyəti ağır olduğundan həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək olmayıb.

Faktla bağlı araşdırma aparılır.


MANŞET XƏBƏRLƏRİ