“Qarabağdakı ermənilər ya getməli, ya da Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər” – Erməni müxalifət lideri

“Qarabağdakı ermənilər ya getməli, ya da Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər” – Erməni müxalifət lideri

“Laçının Azərbaycanın nəzarətinə keçməsi strateji əhəmiyyət kəsb edir. Bizə yeni yol deyirlər, amma Ermənistanı Qarabağla birləşdirən həmin infrastruktur haqqında ətraflı heç nə demirlər. Qaz yeni yoldan veriləcəyi üçün Qarabağdakı ermənilər onu Azərbaycan manatı ilə alacaqlar”.

Turkustan.az  xəbər verir ki, bunu Ermənistanın “Təsis parlamenti” təşəbbüsünün sədri, müxalif “Sasna Çrer” partiyasının üzvü Qaregin Çuqaszyan deyib.

O, qeyd edib ki, bu yolla Qarabağdakı erməni əhalisi seçim qarşısında qalır: ya getmək, ya da Azərbaycan vətəndaşlığını qəbul etmək.

“Bütün bunlar bizim gözümüzün qabağında baş verir. Biz indi Laçında, Zabuxda baş verənləri başa düşməli və hər şey haqda xəbərdar olmalıyıq”, – deyə müxalifət lideri bildirib.

“Qarabağdakı ermənilər ya getməli, ya da Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər” – Erməni müxalifət lideri

(konkret.az)


MANŞET XƏBƏRLƏRİ