Meksikada yüzillik ənənə: Bələdiyyə sədri timsahla evləndi - FOTO


Meksikanın kiçik bir balıqçı şəhərinin prezidenti Viktor Hüqo Sousa şəhərlərinə bolluq gətirmək üçün timsahla evlənib. Toy qəsəbədə rəngarəng görüntülərə səbəb olsa da, sosial mediada da geniş əks-səda doğurub.

Meksikanın kiçik bir şəhəri olan San Pedro Huamelula şəhərinin meri Viktor Hüqo Sousa şəhərlərinə bolluq gətirmək kimi qədim ənənəni yerinə yetirdi və timsahla evləndi.

Türküstan.azxəbər verir ki,yerli insanlar "Kiçik Şahzadə" adlanan yeddi yaşlı timsahı "Ana Yer"i təmsil edən tanrı kimi görürlər. Timsahın yerli liderlə evlənməsi insanların ilahi ilə birləşməsini simvollaşdırır.

KÜÇƏDƏN GƏLİN LİBASINDA GƏZDİRİLİB

Hər il keçirilən mərasim bu il də rəngarəng görüntülərə səhnə olub. Bələdiyyə sədri gəlinlik geyinmiş timsahı qucağına alaraq küçə-küçə gəzdirib.

Mərasimə qatılan şəhərcik sakinləri ənənəvi musiqinin sədaları altında rəqs edib, bəylə gəlini papaqlarını çıxararaq salamlayıblar.

Hər halda, ağzı bağlı olan timsah gəlinliklə yanaşı, rəngarəng aksessuarlarla da bəzədilib. Bələdiyyə sədri Sousa timsahın möhkəm bağlanmış ağzından dəfələrlə öpərək "Təbiətdən çaylarımıza kifayət qədər yağış, kifayət qədər qida və balıq verməsini xahiş edirik" deyib. ifadəsini işlədib.

GƏLİN LİBASI HAQQINDA GÜNLƏRCƏ FİKİRLƏŞDİM

Sözügedən ritual İspan koloniyasından əvvəl Oaxaca əyalətində yaşayan Chontal və Huave qəbilələrinə aiddir və bolluq və məhsuldarlıq gətirmək üçün bu gün də davam etdirilir.

Meksikanın cənubunda yerləşən Oaxaca kasıb bir bölgə olmasına baxmayaraq mədəni zənginliyi ilə diqqət çəkir. Yerli insanlar illərdir öz dinlərinə, adət-ənənələrinə sadiq qalıblar.

Toyun təşkilatçısı Elia Edith Aguilar ritualın "çox gözəl bir ənənə" olduğuna diqqət çəkərək, "Bu mərasim mənə böyük xoşbəxtlik bəxş edir və mənşəyimi başa salır" deyib.

Aqilar günlərlə gəlin paltarı üzərində düşündüyünü ifadə edərək, mərasimin həvalə edilməsinin böyük imtiyaz olduğunu bildirib.

Meksikada asırlık gelenek Belediye başkanı timsahla evlendi...


MANŞET XƏBƏRLƏRİ