Ayı dəhşət saçdı: Mədəsindən çıxanlar hamını ŞOKA SALDI


Tarixin ən dəhşətli ayı hücumu olaraq qeydə alınan hadisədə çox sayda insanın ölümünə səbəb olan boz ayı bölgəyə gələn turistlər üçün böyük qorxu mənbəyidir. Qış yuxusundan oyanan ayının mədəsindən çıxanlar tündləşəcək növlərdir.

Tarixlər dekabrın 9-u göstərdikdə, Yaponiyada böyük qonur ayı qış yuxusundan erkən oyandı və dörd qonşu ərazidə bir neçə evə hücum etdi. Qonur ayının buraxdığı dəhşət günlərlə davam etdi. Hər şey noyabrın ortalarında "Ussuri" adlı boz ayının qış yuxusundan oyanaraq dağdan enməsi ilə başladı. Ayı ilk dəfə İkeda ailəsinin evinin yaxınlığında görünüb. Qarşılarında nəhəng ayını görən ailə təlaşa düşüb. İkeda ailəsinin evinə soxulan ayı yalnız onların yığdıqları qarğıdalıları oğurlayıb və oradan uzaqlaşıb. Təhlükənin keçdiyini düşünən ailə sakitləşsə də, bir müddət sonra ayı yenidən geri qayıdıb. Bu dəfə İkeda ailəsi narahat olub və tədbir görmək istəsə də, ayı yenə qaçıb. Bir neçə gün sonra ayı yenidən peyda olanda bu dəfə İkeda ailəsinin üzvləri ayının arxasınca gedib və onu tüfənglə vurublar. Ertəsi gün səhər İkeda ailəsinin bir neçə üzvü ayının izi ilə Onişika dağına doğru getdi. Yol boyu qan ləkələri görən və ayının öldüyünü düşünən İkeda ailəsi fırtına səbəbindən geri qayıtmalı olub və bir daha ayını görməyib.

BU DƏFƏ BAŞQA BİR AİLƏ

Dekabrın 9-da nəhəng qonur ayı bu dəfə Ota ailəsinin evinin yaxınlığında peyda oldu. Ota ailəsinin anası Abe Mayu və Mayunun baxdığı körpə Hasumi Mikio evdə idi. Ayı əvvəlcə körpə Mikionun başını dişləyərək öldürüb. Mayu körpənin öldüyünü görüb qaçmaq istəsə də, ayı tutularaq meşəyə sürüklənib. Ota ailəsinin evi qan gölünə çevrilmişdi. Ayı tərəfindən dağa sürüklənən Abe Mayudan xəbər yox idi. Abe Mayunu tapmaq üçün dərhal 30 nəfərdən ibarət axtarış qrupu yaradılıb. Axtarış qrupu meşəyə daxil olarkən qonur ayı ilə qarşılaşıblar. Axtarış qrupunda olan 5 nəfər ayıya beş güllə atsa da, onlardan yalnız biri onu vura bilib. Vurulan heyvan geri çəkilib.

Ayı tuta bilməyən komanda arasında olan polis rəisi Suqa bölgə əhalisi üçün artan riskin fərqində idi. Buna görə də, başqa bir gecə ayını öldürmək qərarına gəldikdə, snayperlər yerlərini tutdular. Snayper qarşı sahildəki ağacların arasında kölgə gördüyünü deyib. Polis Suqa snayperlərə atəş açmağı əmr edib, lakin bu anda kölgə gözdən itib. Ayını məğlub etmək üçün ekspertlər qrupunda ərazini yaxşı bilən bələdçilər var idi. Bələdçilər Yamamoto və İkeda Kamejiro bu hadisədən dərhal sonra yola düşdülər. Yamamoto iki nəfərdən ibarət kiçik komandanın daha sürətli olacağını düşündüyü üçün bələdçilər qrupdan ayrılaraq ayının arxasınca getməyə qərar verdilər. Çox keçmədən Yamamoto ayının meşədə bir ağacın altında dincəldiyini gördü. O, ona 20 metr aralıda yaxınlaşaraq atəş açıb. Birinci güllə ayının ürəyinə, ikinci güllə isə başına dəyib və Yamamoto ayını öldürüb.

Hazırladı: Eltac Zülfüqaroğlu


MANŞET XƏBƏRLƏRİ