Media nümayəndələri üçün təlim keçirildi


Medianın İnkişafı Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) birgə təşkilatçılığı ilə media nümayəndələri üçün "Vergi sistemi, vergi qanunvericiliyi və inzibatçılığı" mövzusunda təlim təşkil olunub.

Turkustan.az xəbər verir ki, təlimçilər - Dövlət Vergi Xidmətinin əməkdaşları Rəşad Nuriyev, Nigar Vahabzadə və Leyla Hüseynzadə iştirakçılara büdcə sistemi, vergi daxilolmalarının büdcə gəlirlərində rolu, vergi qanunvericiliyi və vergi sistemi, əmək münasibətlərinə nəzarət üzrə vergi inzibatçılığı, hüquqi şəxslərin qeydiyyatı sahəsində islahatlar, vergi ödəyicilərinin hüquq və vəzifələri barədə geniş məlumat verib.

Təlimdə mövzularla bağlı media nümayəndələrinin suallarına cavablandırılaraq, müzakirələr aparılıb.

Təlimin sonunda Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva media nümayəndələrinə sertifikatlar təqdim edib.

Qeyd edək ki, təlimdə 30-a yaxın media nümayəndəsi iştirak edib.


MANŞET XƏBƏRLƏRİ