Nazir koronavirusla bağlı son durumu açıqladı


"Yay mövsümü olduğundan insanlar daha çox kütləvi tədbirlərə üz tutur. Bu səbəbdən koronavirusa yoluxma sayında nisbətən artım qeydə alınır".

Turkustan.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, ümumilikdə ölkədə epidemioloji vəziyyət sabitdir: "Ağırlaşmalar demək olar ki, yoxdur. Hospitalizasiya olunanların sayı da azdır. Hesab edirik ki, epidemioloji vəziyyət tam nəzarətdədir. Təbii ki, hər hansı bir sıçrayış olsa, uyğun şəkildə müvafiq addımlar atılacaq".


MANŞET XƏBƏRLƏRİ