"Bonaqua" suyundan zir-zibil çıxdı - Video


Sosial şəbəkələrdə "Coca-Cola" Azərbaycan şirkətinin məhsulu olan "Bonaqua" suları ilə bağlı qalmaqallı video yayılıb.

Belə ki, şirkətin mağazalara payladığı su şüşələrinin dibində yosunabənzər qaraltılar olduğu aydın görünüb.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan həmin yararsız məhsulun verildiyi mağaza sahibi Ayaz Əsədullayev şirkətin məsələyə biganə yanaşdığını, dəymiş zərəri qarşılamadıqlarını bildirib:

"Hadisə təxminən iyun ayının 3-ü baş verib. Video paylaşdım. İyun ayının 21-i dəfələrlə deyildikdən sonra gəlib maraqlandılar. Şirkətdən gəlib elə danışdılar ki, düşündüm ki, görəsən günahkar mənəm? Mən olanı deyirəm. Məhsulların videosunu çəkdim sonra götürüb apardılar. Mağazam Naxçıvanda yerləşir. Mənim bu məsələni ictimailəşdirmək fikrim yox idi, lakin mənimlə çox kobud rəftar etdilər. Şirkətdən bildirdilər ki, biz video filan görməmişik. Videonu özlərinə yolladım, üstündən 15 gün keçəndən sonra şirkətin yüksək vəzifəlilərindən biri gəldi. Buna baxmayaraq, dəymiş ziyanı ödəmədilər, üstəgəl kobud rəftar etdilər".

Hadisə ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Həmin görüntüləri təqdim edirik:


MANŞET XƏBƏRLƏRİ