Nadir Zaura görə izləyicisini təhqir etdi: "Nənələriniz çox ürəyiaçıq olub" - FOTO


Müğənni Nadir Qafarzadə iranlı ifaçını efirdən qovan aparıcı Zaur Kamalı müdafiə edib.

Turkustan.az xəbər verir ki, bununla bağlı ifaçı "İnstagram" hesabında post paylaşaraq "Zaur, sən elə sənsən. Bu "çuşka"ları az mindirin başımıza. Musiqimizin içinə nəyi var... (qeyri-etik ifadə). Zövqləri də sıfırdır", - deyə bildirib.

Müğənni Zaura görə hətta izləyicisi ilə də mübahisə edərək onu təhqir edib.

Belə ki, izləyicilərindən biri Qafarzadənin bu addımını tənqid edib:

"Ay Nadir, yaşa-başa doldun, dedik dəyişdi, başladıq hörmət etməyə. İndi tərbiyəsiz, ədəbsiz, "çuşka"nın böyüyü olan Zauru müdafiə edərək özünü gözdən salma. Guya özünüz yerli bakılısınız? Bakının səviyyəsi sizlər gələndə düşdü, əsasən də efirlərin. Gəldiyiniz yerə baxın. İranlı, azərbaycanlı türklər də özümüzdürlər, canımızdırlar. Onlara söz deyən öz tarixini bilməyən bisavadlardır. Zaur ekranlardan çəkilsin, getsin xəngəl restoranı açsın, orada istədiyi kimi danışsın".

Nadir isə öz növbəsində ona belə cavab verib:

"Tarix?! Gülməkdən yerlərdəyəm... Öz "qardaşınızla" özünüz bilərsiniz, amma mənim bir qardaşım var, o da öz atamdan və anamdan. Bizdə bic doğmaq adəti yoxdur. Deyəsən, sizin nənələriniz çox ürəyiaçıq olublar. Mənə sənin kimilərin hörməti dünəndən lazım deyil, anladın?!"

N.Qafarzadə paylaşımını daha sonra silib.

Qeyd edək ki, Z.Kamal ötən gün verilişinə qonaq olan Cənubi azərbaycanlı müğənni Afşin Azərini efirdən qovub. Onun bu addımı sosial şəbəkələrdə tənqid olunub.

(yenisabah.az)


MANŞET XƏBƏRLƏRİ