Pandemiyanın sonu gəlir? - COVID-19-un müalicəsi üçün dərman TAPILDI

Pandemiyanın sonu gəlir? - COVID-19-un müalicəsi üçün dərman TAPILDI

ABŞ, İsveçrə və Çindən olan beynəlxalq dərəcəli alimlərdən ibarət qrup xərçəng üçün ümumi istifadə edilən, COVID-19 patogenini və digər virusları hədəf ala biləcək dərman tapıb.

Tədqiqatın nəticələri barədə “ACS Infectious Diseases” jurnalında qeyd edilib.

Dünyanın hər yerindən olan mütəxəssislər koronavirus infeksiyasının müalicəsi üçün yeni yollar axtarırlar. Belə variantlardan biri insan zülalları ilə işləyən və SARS-CoV-2 və qrip də daxil olmaqla bir çox virusun təkrarlanmasının qarşısını alan xərçəng əleyhinə dərman “apratoksin S4” ola bilər.

COVID-19-a yoluxan meymunların və insanların hüceyrələri üzərində aparılan təcrübələrdə alimlər aşkar ediblər ki, “apratoksin S4” yoluxmuş hüceyrələrin sayını mövcud antiviral dərmanlardan daha effektiv şəkildə azaldır. (oxu.az)


MANŞET XƏBƏRLƏRİ