Kissincer Ukraynadakı müharibənin 3 ssenarisini açıqladı


Henri Kissincer Ukraynadakı münaqişənin üç fəqrli sonluğunu açıqlayıb.

Turkustan.az "The Spectator"a istinadla xəbər verir ki, ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri və dövlət katibi deyib:

"Əgər Rusiya indi olduğu yerdə dayansa, o zaman Ukraynanın 20%-ini və əsas sənaye və kənd təsərrüfatı bölgəsi olan Donbasın böyük hissəsini və Qara dəniz sahilində bir parça torpağı zəbt edəcək. Əgər indiki mövqelərində dayanarsa, bu, Rusiya üçün qələbə olacaq.

NATO-nun bu halda rolu əvvəllər düşünüldüyü qədər əhəmiyyətli olmayacaq", - deyə Kİssincer Britaniya jurnalına müsahibəsində bildirib.

İkinci variant, onun fikrincə, Rusiyanı "xüsusi əməliyyat"ı başlamazdan əvvəl ilhaq etdiyi ərazilərdən, o cümlədən Krımdan sıxışdırmaq cəhdidir.

Kissincer qeyd edib ki, o zaman hərbi əməliyyatlar davam edərsə, Qərb üçün özünün Rusiya ilə müharibə vəziyyətində olması riski artacaq.

Üçüncü ssenari, diplomatın fikrincə, fevralın 24-nə qədər vəziyyətə qayıtmadır. Bu halda Ukrayna yenidən silahlanacaq və NATO ilə sıx bağlı olacaq və ya hətta alyansın üzvü olacaq.

Eyni zamanda, diplomat bu ssenarinin münaqişənin müəyyən müddətə dondurulmasını nəzərdə tutduğunu diqqətə çatdırıb. (yenisabah.az)


MANŞET XƏBƏRLƏRİ